Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Bələdiyyə sədri Əfqan Astanov şəhid ailəsinin probleminin həllində niyə maraqsızdır? - FOTO


Bələdiyyə sədri Əfqan Astanov şəhid ailəsinin probleminin həllində niyə maraqsızdır? - FOTO

14 may 2022, Şənbə
1 517
0

“Əkin sahərimizə gedən yolu da əkiblər..  .”
Biləsuvarın Çaylı kəndində bir qrup mülkiyyətçi dövlət tərəfindən onlara verilən torpağı  becərə bilmir.

“Bilesuvarinfo” xəbər verir ki, kənd sakinlərinin əkin sahəsini becərə bilməməsi əraziyə gedən yolun olmamasıdır. Belə ki, kənd sakini Niyaz Kərimov müraciətində bildirib ki, kəndimizə yaxın olan ərazidə bizə verilən pay torpaq sahələrində  əkin aparsaq da, gediş-gəliş xeyli çətinləşib: “ Əvvəlki illərdə qonşu torpaq sahibinin əsasını qoyduğu bu ənənə bu ildən digər mülkiyyətçilər tərəfindən bir qədər artırılaraq əkin sahəmizə gedən yol tamamilə bağlanıb. 12 metirlk ehtiyyat yolun da əkilməsi, indi bizi  torpaq sahəmizə getməkdən məhrum edib. Pay torpağma pambıq əkmişəm. Hazırda, mənim kimi digər insanlar da, sözügedən problem ucbatından  altenativ bir yoldan istifadə etməli zorundadır. Suvarma işləri səbəbindən həmin yoldan nəqliyyatın hərəkəti mümkünsüzdür”


N.Kərimov onu da bildirib ki, kənd rəhbərliyinə, bələdiyyə sədri Əfqan Astanova dəfələrlə etidiyimiz müracətlər də cavabsız qalıb: " Bələdiyyə hər dəfə, Suvarma Sistemləri İdarəsi ilə problemin həlli üçün çalışdığını desə də, yolumuz bərpa olunmur."


Qeyd edək ki, əkin sahəsinə gediş - gəlişin çətinliyindən söhbət açan Niyaz Kərimov Vətən müharibəsi şəhidi, çəsur döyüşcü Elvin Kərimovun qardaşıdır.
Müzakirə edin

Həmçinin oxuyun:

Suyun qıt vaxtında bu kəndi su basıb
20 aprel 2022, Çərşənbə
Suyun qıt vaxtında bu kəndi su basıb
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan