Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Mərkəzi parkda iki heykələ ziyan vuran şəxslər polis tərəfindən müəyyən olunub


Mərkəzi parkda iki heykələ ziyan vuran şəxslər polis tərəfindən müəyyən olunub

10 sentyabr 2024, Çərşənbə axşamı
671
0
Biləsuvar şəhərində yerləşən Mərkəzi parkda olan iki heykələ ziyan vuran şəxslər müəyyən edilib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Bilesuvarinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, araşdırmalarla həmin əməlin 3 nəfər azyaşlı tərəfindən törədildiyi müəyyən edilib.

Qeyd olunub ki, həmin şəxslərin izahatları alınıb, hazırda məsələ ilə bağlı təhqiqat araşdırması aparılır.

Xatırladaq ki, bir neçə gün öncə Biləsuvar şəhər Mərkəzi Parkında naməlum şəxs və ya şəxslər tərəfindən parkdakı stadionun qarşında ucalan idmanı simvolizə edən iki heykələ ziyan vurulub.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan