Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda qarlı hava şəraiti yol qəzalarına səbəb olub


Biləsuvarda qarlı hava şəraiti yol qəzalarına səbəb olub

24 yanvar 2024, Çərşənbə
489
0

Biləsuvar rayonunda qarlı hava şəraiti yol qəzalarına səbəb olub.

"Bilesuvarinfo"
xəbər verir ki, hadisələr köhnə Ələt-Astara avtomobil yolunun rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı yük və "Nissan" markalı minik avtomobilləri idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb.

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən əraziyə texnika cəlb olunub və maşınlar oradan çıxarılıb, digər zəruri köməkliklər göstərilib.

Hadisələr nəticəsində bir nəfər yüngül xəsarət alıb.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan