
“Bilesuvarinfo” xəbər verir ki, növbəti tədbir Biləsuvar rayonunda keçirilib.
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin 11 saylı Cəlilabad Regional İstismar sahəsi tərəfindən işlər görülüb. Sahə rəisi Arif Səfərov bildirmişdir ki, məqsəd nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırmaqdır:

Əməkdaşlarımız tərəfindən Biləsuvar şəhərində lisey və məktəblər, bağçalar qarşısında və işıqforların altında silinmiş piyada keçidlərinin zolaqları bərpa edilir. Eyni zamanda çatışmayan yol nişanları quraşdırılıb, köhnə və istismara yararsız yol nişanları yeniləri ilə əvəz olunub. Azərbaycan Respublikası DIN-in Kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DIN-in Baş Dövlət Yol Polisi Idarəsi və onun yerlərdəki qurumları tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilmişdir.

Qələmə aldı: Səlamət Biləsuvarlı