Biləsuvarda 28 nəfər inzibati məsuliyyətə cəlb edilib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan "Bilesuvarinfo"ya verilən məlumata görə, rayon ərazisində yerləşən kafe, restoran və digər iaşə obyektlərində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan şəxslər aşkar olunub. Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb və qanunvericiliyin tələbləri onlara izah edilib.
Son bir həftə ərzində Biləsuvar rayonu ərazisində keçirilən tədbirlər nəticəsində qeyd olunan inzibati xətaya yol verən, ümumilikdə, 28 nəfər barəsində protokol tərtib olunub.
Müzakirə edin
Həmçinin oxuyun:

06 dekabr 2023, Çərşənbə
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması halları aşkar edilib
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.