Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda kanalda tapılan meyitin Mingəçevir sakininə məxsus olması ehtimal edilir


Biləsuvarda kanalda tapılan meyitin Mingəçevir sakininə məxsus olması ehtimal edilir

10 aprel 2023, Bazar ertəsi
538
0
Biləsuvar rayonunda Cənubi-Muğan kanalında tapılan qadın meyitinin Mingəçevir sakininə məxsus olması ehtimal edilir.

"Bilesuvarinfo"nun  əldə etdiyi məlumata görə, 1956-cı il təvəllüdlü Zeynəb Səbzəliyeva keçən ilin avqust ayında Yuxarı Qarabağ kanalında batıb.

Məhz Biləsuvar rayonunda Arazbarı kəndi yaxınlığında kanalda tapılan meyitin ona aid olması ehtimal edilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Meyitin şəxsiyyəti genetik ekspertizadan sonra bilinəcək.

Qeyd edək ki, aprelin 8-də saat 09 radələrində Biləsuvar rayonun Arazbarı kəndi ərazisindən keçən su kanalında çürümüş insan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Qadın cinsli meyitin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Müzakirə edin

Həmçinin oxuyun:

Bəydilidə evdə yanğın olub
22 noyabr 2022, Çərşənbə axşamı
Bəydilidə evdə yanğın olub
Suyun qıt vaxtında bu kəndi su basıb
20 aprel 2022, Çərşənbə
Suyun qıt vaxtında bu kəndi su basıb
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan