
"Bilesuvarinfo"nun məlumatına görə, hadisə rayonun Yuxarı Cürəli kəndində sakinə məxsus təsərüfatda qeydə alınıb.
Belə ki, talvar altına yığılmış ot tayasında yanğın baş verib.
Hadisə yerinə Biləsuvar rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb olunub.
Hadisə nəticəsində talvar altına yığılmış ot tayasında 2,5 ton ot kipi və 40 m² talvarın 20 m² yanar konstruksiyaları yanıb.
Hadisənin baş vermə səbəbi araşdırılır.