» » GİKM-in Şirvan-Salyan regional nümayəndəliyi tərəfindən gənclər üçün bir sıra fəaliyyətlər icra olunub


GİKM-in Şirvan-Salyan regional nümayəndəliyi tərəfindən gənclər üçün bir sıra fəaliyyətlər icra olunub

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan-Salyan regional nümayəndəliyi və bölmələri tərəfindən avqust ayı üzrə bir sıra fəaliyyətlər icra olunub.
Biləsuvar və Şirvanda “Vətənpərvərlik və dövlətçilik” istiqaməti üzrə “Qəhrəmanlarımızı tanıyaq!”, Biləsuvarda “Dahi Azərbaycanlı” layihələri keçirilərək, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə gəncləri tanış edib, onlara dahi şəxsiyyətin həyat və fəaliyyəti, zəngin siyasi irsi, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərindən bəhs edilib. Şirvanda və Hacıqabulda  “Vətənim Azərbaycan” layihəsi keçirilib.
Ay ərzində Biləsuvarda  şəxsi inkişaf istiqaməti üzrə  “YouthStart” təlimlər silsiləsi üzrə “Maliyyə savadlılığı”, “Özgüvən nədir?”, “Sosial mediadan düzgün istifadə”, “Bullinq nədir?”, Şirvanda  “Vaxtın səmərəli idarə olunması” və “SWOT analizi” mövzularında təlimlər keçirilib.
Karyera quruculuğu istiqamətində “Karyera akademiyası” mövzusunda təlim və görüşlər təşkil olunub. Görüşlər zamanı iştirakçılar “Əmək bazarının xüsusiyyətləri”, “Karyera planlanması” mövzularında fəaliyyətlər təşkil edilib.
Könüllülük və sosiallaşma istiqamətində isə Biləsuvar və Şirvanda “Könüllülük məktəbi” fəaliyyəti icra olunub.
Şəxsi inkişaf və karyera quruculuğu ilə yanaşı, asudə vaxtın səmərəli təşkili məqsədilə Biləsuvar, Hacıqabul və Şirvan  gəncləri üçün düşərgə, veloyürüş, voleybol və əyləncəli proqramlar təşkil olunub.
Ümumilikdə Biləsuvar,Hacıqabul rayonu və Şirvan  şəhərində ay ərzində 27 fəaliyyət çərçivəsində 372 gənc əhatə olunub.
 
GİKM-in Şirvan-Salyan regional nümayəndəliyi

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan