- 18 oktyabr, 09:30
- 775 dəfə oxunub
- 0
Biləsuvar polisi son 1 ay ərzində narkotiklə bağlı 17 nəfəri saxlayıb - FOTO
Bu barədə "Bilesuvarinfo"ya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Belə ki, Biləsuvar RPŞ əməkdaşları tərəfindən son 1 ay ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 17 nəfər saxlanılaraq istintaqa cəlb olunub. Rayon ərazisində cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 105 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Bundan əlavə, Şöbə əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində ayrı-ayrı rayon sakinindən 21 ədəd müvafiq sənədləri olmayan odlu silah aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdrilir.