- 8 dekabr, 09:32
- 1 686 dəfə oxunub
- 0
Xırmandalı sakini qətlə yetirilib - Foto
Bu barədə "Bilesuvarinfo"ya Baş Prokurorluqdan bildirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi Cavad Kazımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Mehtun Qarayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə istintaq davam edir.