- 19 oktyabr, 22:19
- 679 dəfə oxunub
- 0
Biləsuvar rayon sakininin cüzdanı oğurlandı
Bu barədə "Bilesuvarinfo"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yasamal rayonu ərazisində Biləsuvar rayon sakini B.Əliyevin cibindən içərisində 780 manat və şəxsiyyət vəsiqəsi olan cüzdanını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Vidadi Nəzərov saxlanılıb.
Araşdırma davam etdirilir.