- 16 iyul, 21:07
- 498 dəfə oxunub
- 0
Astaradan Biləsuvar rayonununa gətirilən arılar geri qayıdıb
Bu barədə "Bilesuvarinfo"ya Astaradan olan arıçılar məlumat verib.
Bildirək ki, bu sözü gedən problem artıq 3-4 ildir ki, yaranıb.
Problemlə bağlı Biləsuvar rayon Fermerlər Şurasının və arıçıların rayon təşkilatının sədri Hacı Gülağa Hüseynovun sözlərinə görə, hər il Astara arıçıları gizli formada gecə arıları gətirib Biləsuvara yerləşdirirlər. Bu da öz növbəsində rayonun arıçılıq təsərrüfatına ziyan vurur.
Onun sözlərinə görə, bu hal arıçılıq haqqında qanunun bir çox maddələrinin qərarlarını kobud sürətdə pozur. Belə ki, sanitar-baytarlıq haqqında heç bir əsasnaməsi, köçürülmə yerinin qeydiyyatı, yerli icra sturukturlarının heç bir məlumatı olmadan Astaradan hər il külli miqdarda Biləsuvara arı gətirilir.
Qeyd edək ki, Biləsuvarda 112 arıçı və onlarında 4165 ailəsi var.