Sabah Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq olmayacaq."Bilesuvarinfo"nun məlumatına görə, Biləsuvar EŞ-nin ərazisində 110/35/10/6 kV-luq “Səmədabad” yarımstansiyasından çıxan 35 kV-luq “Səmədabad” hava xəttində təmir işləri görüləcək. Beləliklə, sabsh saat 10:00-dan 12:00-dək Arazbarı, Nərimankənd və Səmədabad kəndləri gərginliksiz qalacaq.
Həmçinin Cəlilabad EŞ-nin ərazisində yerləşən 110/35/10 kV-luq “Cəlilabad” yarımstansiyasından çıxan 110 kV-luq “Cəlilabad” hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 13:00-dan 15:00-dək Biləsuvarın Amankənd, Cəlilabadın Günəşli, Sabirabad, Alar kəndlərində məhdudiyyət yaranacaq.
Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.