» » Biləsuvar Peşə Liseyi - parlaq gələcəyə doğru iri addımlarla


Biləsuvar Peşə Liseyi - parlaq gələcəyə doğru iri addımlarla

Hər bir dövlətin yüksək inkişafı onun sağlam və etibarlı təməl üzərində qurulmasından asılıdır. Məhz bu gün ölkəmizin regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin fəaliyyəti, dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün olmuşdur. Ötən 22 il ərzində Prezident İlham Əliyev Ulu Öndərin qurduğu möhkəm təməl üzərində ölkəmizin dayaqlarını möhkəmləndirib.

Ölkəmizdə müxtəlif sahələr üzrə fəaliyyət proqramlarının dəqiq işlənib hazırlaması və icrası sosial-iqtisadi həyatımızda davamlı dönüşə yol açıb. Artıq hər bir ölkə vətəndaşı bu inkişafın nəticələrini özünün həyat səviyyəsində hiss edir.

Azərbaycanda təhsil islahatları çərçivəsində yeni proqramlar uğurla icra olunmaqdadır. Bu gün peşə təhsili sahəsində təhsil proqramları hazırlanarkən əmək bazarının tələblərinə cavab verməsi başlıca hədəfdir. Axı, bildiyimiz kimi, peşə təhsili, yalnız müəyyən bir sahədə bilik və bacarıq qazandırmaqla kifayətlənmir, həm də əmək bazarının tələblərinə uyğun kadrlar yetişdirmək və iqtisadiyyatda davamlı inkişafı təmin etməkdə  böyük əhəmiyyətə malikdir. 

Azərbaycanda Peşə Təhsili üzrə Dövlət Agentliyi ölkədə peşə təhsilinin keyfiyyətini yüksəltmək və vətəndaşların təhsilə olan marağını artırmaq üçün yenilikçi təşəbbüslərlə çıxış edir. “2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyası” müəyyən edilərkən peşə təhsilinin yeni inkişaf mərhələsinə uyğunlaşdırılıb və bu istiqamətdə atılan ardıçıl addımların müsbət nəticəsi var. Peşə təhsili müəssisələrin sayının artması, bu kimi müəssisələrin maddi-texniki bazasının müasirləşdirilməsi peşə təhsilinin keyfiyyətinə müsbət  təsir göstərib. Son 5 ildə hər il tələbə qəbulunda 10-15 faiz artım müşahidə edilməsi bu sahəyə artan marağın real göstəricisidir. 

50 yaşı qeyd olunacaq Biləsuvar Peşə liseyi artıq bu ilin yanvarından etibarən publik hüquqi şəxs olarq fəaliyyət göstərir. Təhsil ocağı öz işini müasir dövrün tələb və təkilflərinə cavab vermək üçün artıcıl tədbirlər həyata keçirir. Məktəbin tədris korpusu əsaslı olaraq təmir olunub, texniki bazasının yenilənməsində mühüm addımlar atılıb. Tamamilə bərbad, uzun illər istifadəsiz olan idman zalı müasir görkəmə gətirilib, liseyin isidilməsi (tarixən odun sobası ilə olub) müasir istilik sistemi ilə təmin olunub.

Hazırda məktəbimizdə 273 tələbənin təlim-tərbiyəsi ilə ümumilkdə 48 nəfər mühənddis və pedoqoji heyət məşğul olur. Aşbaz, Dərzi. Arıcı, Qrafik dizayner, İnformasiya texnalogiyaları üzrə Texniki dəstək müətəxəssisi, Kompütrlərin təmiri və xidməti üzrə Texnik və Əl elektrtikçi qaynaqçısı ixrisasları üzərə 16 qrupda (1-3 illik təhsil müddətində) —nəfər  şagirdimiz təhsil alır. Onlar təqaüdlə təmin olunur.

Yeni tədris ilindən işəgötürənlərin tələbatlarına uyğun Avtomobillərin təmir üzrə çilingər, Bərbər-vizajist-manigürci və digə ixtisasların yaradılması da planlaşdırılıb. Bildiyimiz kimi, Biləsuvarda günəş panel stansiyası fəaliyyət göstərəcək və artıq bununla bağlı tikinti işlərinə start verilib. Bununla bağlı Masdar şirkəti ilə əməkdaşlıq çərçivəsində biz Günəş panellərinin quraşdırılması və təmiri ixtisasını sifariş etmişik. 

İndiki dövrdə müasir informasiya texnologiyayalarının geniş imkanları gənclərə müxtəlif peşə ixtisasları barədə yertərli məlumatlı olmağa imkan verir. Bizim, peşə təhsili müəssisələrinin istəyi odur ki, uşaqlar yalnız eşitməsin, eyni zamanda görsünlər. Məhz bu baxımdamn Dual peşə təhsili şagirdlərin həm nəzəri bilikləri, həm də praktik bacarıqları birgə əldə etmələrini təmin edən təhsil modelidir. Bu sistemdə tələbələr həm tədris müəssisələrində dərslər alır, həm də eyni zamanda əmək bazarında təcrübə qazanmaq məqsədilə bir şirkətdə və ya müəssisədə praktika keçirlər. 2024-2025-ci tədris ilindən etibarən, elektrik avadanlıqlarına xidmət və təmir üzrə Elektrik mantyoru və  Bitkiçilik müətəxəssisi ixtisasları üzrə qruplarda şagirdlərimiz Dual peşə təhsilinə çəlb olunub. Belə ki, işəgötürən müəssisələrlə bağladımız müqavilələrə əsasən şagirlər həftənin 3 günü işəgötürən müəssisədə təcrübə- təlimdə, 2 günündə isə məktəbdə təhsilə cəlb olunur. 

Dünyada texnologiyanın sürətlə inkişafı peşə seçimini getdikcə çətinləşdirir. Bunun üçün məktəblərin doğru peşə seçimində peşələr haqqında məlumatı daha əlçatan olmalıdır. Valideynlər övladlarına seçim etməkdə şərait yaratmalıdır. Müəssisəmizdə keçirilən “Açıq qapı” gününlərində müxtəlif sahələr üzrə praktiki məşğələlər və ustad dərsləri təşkil olunur. Tədbir iştirakçılarına müxtəlif peşə sahələrinin tələbləri, inkişaf perspektivləri, müasir yeniliklər haqqında məlumat verilir. İşəgötürənlərlə peşə təhsili alan tələbələr arasında birbaşa əlaqə qurmaq üçün ideal şərait yaradılıb. "Sən də peşəyə gəl, peşənin peşəkarı ol açıq qapı günü"nündə peşə təhsilinin əhəmiyyəti, gəncləri müxtəlif peşələrlə tanış etmək və peşə təhsili müəssisələrinin imkanları nümayiş olunur. Bu tədbir, həm gənclər, həm də valideynlər üçün əhəmiyyətli bir platforma, onların peşə təhsili ilə bağlı məlumatlarını artırır. 

Bəli, peşə təhsili müəssisələri gənclərin müasir iş bazarının tələblərinə uyğun peşəkar kadrlar kimi hazırlanmasında əhəmiyyətə malikdir. Bu baxımdan peşə təhsilinin cəmiyyət tərəfindən daha çox tanınması, gənclərin doğru peşə seçmələri və öz potensiallarını reallaşdırmalarına çalışmalıyıq.
 
Nərmin Muradlı, 
Biləsuvar Peşə liseyinin direktoru
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan