Geri qayıt Çap et

Biləsuvarda Avtomobil yolları işçilərinin peşə bayramı günü qeyd olundu

Biləsuvarda 22 fevral – Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.

“Billesuvarinfo”
xəbər verir ki, peşə bayramı münasibətilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonda fəaliyyət göstərən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 45 saylı Yol İstismar İdarəsinin əməkdaşlarını təbrik edib.

Qeyd olunub ki, yol təsərrüfatı işçiləri rayon ərazisində avtomobil yollarının təmiri, saxlanılması, təhlükəsizliyin təmin olunması və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm xidmətlər göstərirlər. İdarənin kollektivi bu sahədə məsuliyyətli və fədakar fəaliyyəti ilə seçilir.

İdarənin müdiri Əlirahim Kazımov göstərilən diqqət və qayğıya görə kollektiv adından minnətdarlığını bildirib. Daha sonra bir qrup əməkdaşa Biləsuvar Rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı təqdim olunub və xatirə şəkli çəkdirilib.