Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvar DAİM-də "Yaşıl dünya naminə həmrəylik ili" və 8 noyabr Zəfər Gününə həsr olunmuş ağaçəkmə aksiyası keçirildi


Biləsuvar DAİM-də "Yaşıl dünya naminə həmrəylik ili" və 8 noyabr Zəfər Gününə həsr olunmuş ağaçəkmə aksiyası keçirildi

07 noyabr 2024, Cümə axşamı
709
0

Biləsuvar, 07 Noyabr, "BILESUVARINFO"

"Yaşıl dünya naminə həmrəylik ili" və 8 noyabr Zəfər Günü ilə əlaqədar Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən ağacəkmə aksiyası keçirildi.

Biləsuvar DAİM tərəfindən "BILESUVARINFO"-ya bildirilib ki, Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev, mərkəzin kollektivi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumlarının əməkdaşları iştirak etdiyi aksiya Biləsuvar-Astara yolunun sol hissəsində Biləsuvar DAİM-in qarşısında yerləşən boş ərazidə təşkil olunub.

Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədi daşıyıb.

Ağacəkmə aksiyasında 50-dən çox yerli iqlim şəraitinə uyğun olan ağaclar əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilmişdir.

Qeyd edək ki, Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən ağacəkmə aksiyaları mütəmadi olaraq təşkil edilir.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan