
Sonra Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev çıxış edərək, suvarma sistemlərinin yenilənməsi və təkmilləşdirilməsi sahəsində görülən işlərdən danışıb. O, idarə kollektivi adından bütün işçilərə can sağlığı, uğurlar və yeni-yeni nailiyyətlər arzulayıb.
Tədbir ərzində su təsərrüfatı və meliorasiya sahəsində fərqlənən bir qrup işçi fəxri fərmanlarla təltif olunub. Bu mükafatlar onların zəhmətinin yüksək qiymətləndirilməsi kimi qəbul edilib və kollektivdə yüksək ruh yüksəkliyi yaradıb.



 
  
  
  
  
  
  
 