» » Biləsuvar nümayəndə heyəti 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edib


Biləsuvar nümayəndə heyəti 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edib


Mayın 16-18-də keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – Caspian Agro 2025 çərçivəsində Biləsuvar rayonunu təmsil edən nümayəndə heyəti sərgidə iştirak edib.

"BİLESUVARİNFO.AZ" xəbər verir ki, nümayəndə heyətinə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Vəlahəddin Yunsurov, Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev və digər yerli təsərrüfat sahibləri daxil olub.

Sərgi çərçivəsində nümayəndələr kənd təsərrüfatı texnologiyaları, innovativ həllər və məhsul istehsalında tətbiq olunan yeni yanaşmalarla yaxından tanış olublar. Eyni zamanda yerli və xarici iştirakçılarla təcrübə mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.


Biləsuvarlı nümayəndələrin bu cür beynəlxalq platformalarda iştirakı rayonun aqrar sahəsinin inkişafı baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan