» » Hər kəs məişətdən çıxan zibilini zərərləşdirməyi bacarırmı?


Hər kəs məişətdən çıxan zibilini zərərləşdirməyi bacarırmı?

Vaxtaşırı olaraq mediadan, sosial şəbəkələrdən Biləsuvarda  zibil tullantılarının daşınılmamasından şikayətlər səsləndirilir. Məişətdən çıxan tullantılarının yol ətrafları və xüsusilə şəhər ərazisindən keçən şor kollektorlarında yaratdığı xoşgəlməz mənzərənin qarşısının alınması arzu olunur. Bəs sual oluna bilər, kimdir bu zibilləri nəzərdə tutulmayan yerə atanlar, görəsən hər kəs məişətdən çıxan zibilini zərərləşdirməyi bacarırmı?.

Kommunal Müəssisələri Kombinatından (KMK ) “Bilesuvarinfo” ya bildildi kibu işlərin şəhər ərazisində tam əhatə olunması üçün görülməli işlərin həcmi çoxdur: “Vətəndaşların üzərinə düşən vəzifə - təsərrüfatlardan çıxan zibil tullantılarının daşınması üçün müəssisə ilə müqavilə bağlamasıdır. Hazırda bağlanılan müqavilələr mövcud təsərrüfatların heç 20 faizini əhatə etmir. Odur ki, bəzən qarşıya çıxan xoşəgəlməz mənzərənin aradan qaldırılması üçün Biləsuvar şəhər sakinlərini idarə ilə müqavilələrin bağlanılmasında anlaşmaya çağırırıq.

Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatı tərəfindən şəhər ərazisindən zibil kontnerlərinə atılan tullantılar mövcud qrafikə uyğun olaraq daşınır. Nəzərə almaq lazımdır ki, bu gün mənzillərdən zibil tullantıları şəhər ərazisində mövcud zibil kontenerlərinə atılır ki, hazırda olan kontenerlərin təlabatı ödəyə bilməməsi, işin həcminin kənar ərazilərdən buraya atılan zibillər hesabına kəskin çoxalması, zibillər daşınılmır!–şikayətinin səslənilməsinə gətirir".

Biləsuvar şəhərin təmizliyi  üçün  təsərrüfat sahiblərinin zibil tullantılarının daşınmasında yekdilliklə müqavilə bağlanması əhəmiyyətli olar. Təəssüflə vurğulanmışdır ki, ötən dövrlərdə bəzi sakinlər dolayısı yolla bundan boyun qaçırıb. Hazırda Biləsuvar rayon İcra Hakimiyyətinin tapşırığına əsasən Biləsuvar şəhər icra nümayəndəliyi, şəhər bələdiyyəsi və Kommunal Müəssisələr Kombinatının əməkdaşları tərəfindən şəhərin sakinlərlə növbəti maarifləndirici görüşlərə başlanılıb. İlk görüş Təbriz, İ.Əfəndiyev, C.Məmmədquluzadə və Nəvai küçələrinin sakinləri ilə olub. Kommunal Müəssisələr Kombinatı və “DOST” xidmətinin əməkdaşları tərəfindən bu küçələrdə bəzi vətəndaşlar tərəfindən qanunsuz olaraq atılan tullantılar yığılaraq, daşınıb.

Sakinlərə bir daha bildirilib ki, küçələrin təmiz saxlanması üçün məişət tullantıları müvəqqəti saxlanc yerlərinə atılmalı və tullantılar hər gün ərazidən daşınmalıdır. Bu məqsədlə KMK ilə zibillərin gündəlik olaraq götürülməsi və daşınması üçün müqavilələr bağlanmalıdır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan