- 8 aprel, 13:22
- 837 dəfə oxunub
- 0
" Sosial şəbəkələrdən düzgün istifadə edək! ”
"Bilesuvarinfo" xəbər verir ki, təbirdə layihənin rəhbəri Arif Ağazadə layihə barədə gənclərə ətraflı məlumat verdi. O, bildirdi ki, layihənin məqsədi gənclərin sosial şəbəkələrdən düzgün istifadə qaydaları üzrə bilik və bacarıqlarının artırılması üçündür: "Bu məqsədlə layihənin birinci təlimi uğurla yekunlaşdırılıb. Sosial şəbəkələrdən düzgün istifadə qaydaları ilə bağlı gəncləri maarifləndirməyə çalışırıq"
Tədbirdə çıxış edən Biləsuvar Peşə liseyinin direktoru Əlifli Əliheydər layihənin əhəmiyyəti barədə söhbət açıb. Bildirmişdir ki, müasir dövrdə sosial şəbəkələr böyük platformalara çevrildiyindən, gənclər düzgü istifadə barədə daima məlumatlandırmalıdır.
Daha sonra, təlimçi Elnur Hüseynli gənclərə sosial şəbəkələrdən düzgün, məqsədyönlü və təhlükəsiz istifadənin əhəmiyyətindən danışıb. Eyni zamanda Azərbaycan həqiqətlərini, Azərbaycanın qazandığı qələbələri dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif imkanlardan, həmçinin həştəqlərdən kütləvi istifadənin əhəmiyyəti, internetdəki imkanlardan istifadə edərək düzgün maariflənmək, məlumatlılığı artırmaq barədə, keçirdiyi təlimdə geniş bəhs edib.
Təlim praktiki məşğələlərlə davam etdirilmişdir.
Sonda gənclər qruplar halında öz təkliflərini yazaraq təqdim etmişlər.