
“Bilesuvarinfo” xəbər verir ki, hadisə Biləsuvar şəhəri Nizami küçəsində qeydə alınıb.
Belə ki, Biləsuvar şəhər, S.Vurğun küçəsinin sakini 1983-cü il təvəllüdlü Elməddin Cəfərovla, rayonun Nərimankənd kəndinin sakini 1995-ci il təvəllüdlü Raul Quliyevin aralarında yaranan mübahisə qanlı sonluqla nəticələnib.
Deyilənə görə, onların aralarında mübahisəyə səbəb Elməddinin Rauldan maşınını saxladığı yerdən götürməsini tələb etməsi olub. Mübahisə zamanı Elməddin Cəfərov həmyerlisinə sillə vurub. Sonra Raul evlərinə gedərək, ov tüfəngini götürüb geri dönüb. Bu zaman çayxanada olan Elməddinə maşındaykən atəş açıb, növbəti atəşi aşmasına yaxınları mane olub və tüfəngi onun əlindən alıblar.
E. Cəfərov ayaq və qarın nahiyəsindən aldığı güllə yaraları ilə rayon xəstəxanasına çatdırılıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Raul Quliyev artıq polis əməkdaşları tərəfindən saxlanılıb.
Fakta görə rayon polis şöbəsində cinayət işi başlanılıb.
