Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » 36 yaşlı Elvin Rusiya-Ukrayna müharibəsində itkin düşdü - Fotolar


36 yaşlı Elvin Rusiya-Ukrayna müharibəsində itkin düşdü - Fotolar

27 fevral 2025, Cümə axşamı
1 395
0
Həmyerlimiz Elvin Nuriyev Rusiya-Ukrayna müharibəsində itkin düşüb.

"Bilesuvarinfo xəbər verir ki, onun Rusiyanın Kurs vilayətində gedən döyüşdə itkin düşdüyü bildirilir.

Elvinin atasının sözlərinə görə, ötən ayın 20-də onların olduğu mövqe pilotsuz uçuş aparatı (PUA) ilə vurularkən ölən yaralananlar olub və həmin tarixdən sonra oğlundan bir xəbər yoxdur.

Qeyd edək ki, əslən Lənkərandan olan Elvin Əlimusa oğlu Nuriyev sonradan ailəsi ilə Biləsuvarın Xırmandalı kəndinə köçərək orada yaşayıb. O, 10 il öncə Rusiyanın Tabolsk şəhərinə köçübmüş.

Elvin Rusiya vətəndaşlığını aldıqdan 3 ay sonra müharibəyə aparılıb.

1989-cu il təvəllüdlü E. Nuriyev ailədir, iki övladı var.



Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan