MMA döyüşçüsu Rafael Fiziyevin babası keçmiş "Qriboyedovka" kəndindəndir
Bu günlərdə məşhur MMA döyüşçüsü Rafael Fiziyev (Feyziyev) Azərbaycanda olarkən atasının əslən Biləsuvar rayonundan olduğunu açıqlamışdır: "Atam əslən biləsuvarlıdır. Bu yaxınlarda qohumlarım söhbət zamanı mənə bildirdilər ki, Milli Qəhrəmanımız, şəhid Mübariz İbrahimov da biləsuvarlıdır. Mənim üçün bu həqiqətən də böyük fəxrdir. Fəxr edirəm ki, həmin bölgədənəm və mənim əslim ordandır".
Əliabbas Feyziyev (soldan) və bibisi oğlu Əliqulu Quliyev"Bilesuvarinfo" Rafael Fiziyevin Biləsuvarla bağlılığına aydınlıq gətirməyə çalışıb.
Onun atası - Feyziyev Salman Əliabbas oğludur. Ulu babası Kazım 1930 - cu illərdə Qazaxıstana sürgün olub. Feyziyevlər ailəsi sürgün olunanadək, Biləsuvarda həmin dövrdə İran sərhədi istiqamətində yerləşən yaşayış məntəqəsində (el arasında daha çox "Qriboyedovka" deyilir) yaşayıblar.
Qazaxısatnda yaşayıb, burda dünyasını dəyişən Kazım kişi halallıqla ömr yolu yaşayıb. 10 övladı olub. Oğlu Əliabbasdan nəticə payıdır Rafael. Rafaelin atası Salman yaşadıqları ölkədə hüquq mühafizə orqanlarında çalışıb.
Feyziyevlərin hal – hazırda Biləsuvarda qohumluğu olan ailələr çoxdur.Qeyd edək ki, 1993 - cü ildə Qazaxıstanda doğulan R. Fiziyev sonralar Qırğızıstana köçmüş və orada Polis Akademiyasında təhsil alıb. İdmana olan sevgisi, onu peşəkar idmançı kimi formalaşdırıb.
"Ataman" ləqəbli Rafael Fiziyev UFC-də keçirdiyi son 6 döyüşündə rəqiblərə qalib gələrək yüngül çəkidə kəməri qazanmağa əsas namizədlərdən biri olub. O, ötən ayın 9-da braziliyalı Rafael dos Anjosla döyüşə ilk dəfə Azərbaycan təmsilçisi kimi çıxıb.
Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.



Türkiyə
Pakistan
İsrail
Azərbaycan