Vətən bağına daha 500 ağac əkildi

“Bilesuvarinfo” xəbər verir ki, bağda növbəti ağacəkmə aksiyası keçirilib. Yaşıllaşdırma aksiyasında Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, İcra Hakimiyyəti başçısı aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və əməkdaşları iştirak edib.
Aksiyada ərazidə yeni salınan piyada səkilərinin ərtafı boyunca 205 ədəd Eldar şamı, 100 ədəd Melisiya,100 ədəd Ağcaqayın və 100 ədəd iydə olmaqla ümumilikdə 505 ədəd ağac əkilərək, suvarılıb.
Qeyd edək ki, Vətən bağında müasir işıqlandırma sistemin quraşdırılması və digər quruculuq işləri əraziyə xüsusi gözəllik gətirib. Düşünürük, sözügüdən ərazidə yaşıllıqlara qulluğu rayonda nümunə göstərmək olar.








Müzakirə edin
Həmçinin oxuyun:

12 dekabr 2024, Cümə axşamı
Biləsuvar DAİM-də Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş ağaçəkmə aksiyası keçirildi
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.