Milli Qəhrəman Mübariz İbrahimov anıldı

“Bilesuvarinfoo” xəbər verir ki, M.İbrahimovun mövludu günü münasibətilə Biləsuvar rayonunda anım mərasimləri təşkil olunarq, onun ölməz qəhrəmanlığından danışılıb. Rayon rəsmiləri və içtimaiyyət nümayəndələri şəhidin doğulub boya-başa çatdığı Əliabad kəndində qəhrəmanımızın doğmaları görüşdə şəhidimizin əziz ruhuna ehtiramlarını ifadə ediblər.
Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub. Kənd orta məktəbini 2005-ci ildə orada orta təhsilini başa vurub, həmin il həqiqi hərbi xidmətə çağırılıb.
Həqiqi hərbi xidmətini çavuş rütbəsi ilə başa vuran M.İbrahimov 2009-cu ilin avqustunda ordu sıralarına qayıdaraq, öz arzusu ilə xidmətini cəbhə bölgəsindəki hərbi hissələrdə davam etdirir.
19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşüb, düşməni ağır itkilərə məruz qoyub. O, səhər saatlarında döyüşdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.













Müzakirə edin
Həmçinin oxuyun:

05 fevral 2024, Bazar ertəsi
Mübariz İbrahimovun doğum gününə həsr olunmuş “Tarix yazan qəhrəman” adlı tədbir keçirilib

07 noyabr 2023, Çərşənbə axşamı
Bu gün qəhrəmanlığı nəsillərə nümunə olan Mübariz İbrahimovun anım günüdür

07 fevral 2023, Çərşənbə axşamı
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günündə ailəsi ziyarət olunub
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.