Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Mayor Cəlal Rəhimov vəfat edib


Mayor Cəlal Rəhimov vəfat edib

29 sentyabr 2024, Bazar günü
2 008
0
Vətən müharibəsi veteranı Cəlal Rəhimov vəfat edib.
"Bilesuvarinfo" xəbər verir ki, Rəhimov Cəlal Adıböyük oğlu bu gün səhər ürəktutmadan vəfat edib.O, doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılıb.

1984-cü il təvəllüdlü C. Rəhimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi 2005-ci ildə başa vurub. Azərbaycan ordusunun zabiti olaraq, cəbhə bölgəsində vətənə şərəflə xidmət göstərib. Qüsursuz xidmətlərinə görə çoxsaylı orden və medallara layiq görülüb.

Mayor C .Rəhimov Vətən Müharibəsində  Füzuli, Xocavənd, Tuğ, Şuşa uğrunda qəhrəmancasına döyüşüb. Artileriya komandiri olub. Vətən müharibəsində göstərdiyi şəxsi şücayət və igidliklərinə görə çoxsaylı medallarla təltif olunub.

Qeyd edək ki, o, müharibədən sonra Şuşada yerləşən hərbi  hissədə Artileriya divizyonunun komandiri olub. Bir il idi ki, ehtiyata buraxılmışdı.





Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan