- 16 iyul, 20:54
- 297 dəfə oxunub
- 0
“Verilən rəyə əsasən tədbirlər görüləcək”
Tut yarpaqlarının sürətlə qurumasını xəstəliklə yanaşı əlverişsiz hava şəraiti ilə əlaqələndirənlər olub.
Biolaq Vidadi Məmmədov bildirmişdir ki, ağaclarda yarparların qurumasına vaxtında müdaxilə olunmaması ağacların məhvinə gətirib çıxarır: “Tut ağacı Muğan üçün susuzluğa davamlı, uzun ömürlü bir ağac növüdür. Kökü 2 metr dərinliyi aşaraq qrunt suyu ilə qidalanır. İstiyə dözümlü olsa da, son zamanlar baş verən anamal istilər öz sözün deyir.
Biləsuvar şəhəri və bəzi kəndlərdə tut ağacların yarpaqlarının quruması susuzluqla bağlı deyil, əksinə bu il zonada kifayət qədər, yağıntı olmuşdur, bu yalnız anamal istilərlə bağlıdır. Hazırda nəinki mühütə uyğunlaşmış meyvə ağacları, həm də sərv ağaclarında qurmalar müşahidə olunur. Biləsuvar rayon İcra hakimiyyətinin həyətində olan bir çox həmişəyaşılların quruması da havanın bu il isti və boğucu buxarlı olması ilə izah etmək olar”.
Biləsuvar şəhər Kommunnal Müəssisələri Kombinatından bildirilmişdir ki, Biləsuvar şəhərində bəzi ərazilərdə tut ağaclarında yaranan vəziyyətdən xəbərdardılar. Ağacların yarpaqlarında quruma halı mütəxəssizlər tərəfindən araşdırılıb. Ağaclardan götürülən nümunələr labaratoriyaya təqdim olunub. Verilən cavaba müvafiq olaraq, tədbirlər görüləcək".