Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » DİN və DSX Biləsuvarda birgə əməliyyat keçirib, 6 kq marixuana, 1 800 ədəd metadon həbi dövriyyədən çıxarılıb – FOTO


DİN və DSX Biləsuvarda birgə əməliyyat keçirib, 6 kq marixuana, 1 800 ədəd metadon həbi dövriyyədən çıxarılıb – FOTO

14 iyul 2024, Bazar günü
232
0
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətindən "Bilesuvarinfo"ya verilən məlumata görə, Biləsuvar rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı şərti adı N.B olan şübhəli şəxs saxlanılıb. Onun üzərindən 6 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 1800 ədəd metadon həbi aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan