Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Sertifikatlaşdırmanın növbəti mərhələsində fərqlənən müəllimlər


Sertifikatlaşdırmanın növbəti mərhələsində fərqlənən müəllimlər

24 iyun 2024, Bazar ertəsi
1 602
0

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi davam edir. Bu gün Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə sertifikatlaşdırmanın test imtahanı mərhələsinin 3-cü gününə 420 nəfər təhsilverən dəvət olunub.

“Bilesuvarinfo.ax” xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar Təhsil sektoru üzrə sertifikatlaşdırma prosesinin test imtahanında rayon üzrə 93 müəllim iştirak edib. Onlardan 9 nəfəri  daha yüksək nəticə göstərərrək, 50 baldan yuxarı nəticə göstərib.

Belə ki, Biləsuvar şəhə 4 saylı orta məktəbin fransiz dili müəllimləri Xumar İbrahiova və Bahar Quluyeva müvafiq olarq 57 və 51, Ovçubərə kənd tam orta məktəbin  ibtidai sinif müəllimi Fidan Abbasova 57, Amankənd kənd tam orta məktəbin ibtidai sinif müəllimi Günay Ocanova 54, Təzəkənd tam orta məktəbin fransız dili müəllimi Elfira Nəsibova 54, Biləsuvar şəhər K.Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin fransız dili müəllimləri Məleykə Qaraşova və Gülnar Əlizadə müvafiq olaraq 54 və 53, Ağayrı kənd tam orta məktəbin fransız dili müəllimi Yeganə Vahabova və Biləsuvar şəhə 4 saylı orta məktəbin rus dili müəllimi olanTəranə Əmirova 51 balla xarici dili fəni üzrə liderliyi qazanıb.

Qeyd edək ki, Millət vəkilləri Bəhruz Məhərrəmov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Biləsuvar şəhər 1 saylı tam orta məktəbindəki imtahan mərkəzində olaraq imtahan prosesinin gedişatını izləyib, sertifikatlaşdırmada iştirak edən müəllimlərə uğurlar arzulayıblar.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan