Çadr
» » Bu il Biləsuvarda pambıq əkini sahələri artıb


Bu il Biləsuvarda pambıq əkini sahələri artıb

03 iyun 2024, Bazar ertəsi
439
0
Bu il Biləsuvar rayonunda pambıq əkini aparılan sahələr artıb.

"Bilesuvarinfo"nun
məlumatına görə, bu il 7 min hektara yaxın sahədə çiyid səpini aparılıb.

Fermerlər bu il pambıq əkini həyata keçirmək üçün "MKT İstehsalat Kommersiya" MMC, "Azərpambıq ASK" MMC, "P-AQRO" MMC, "Azərpambıq ASK" ASC-nin Təcrübə Sınaq Təsərrüfatı, "Cotton Traede" MMC ilə müqavilə bağlayıb.

Qeyd edək ki, Biləsuvar rayonunda əkinəyararlı 52 min hektar suvarılan sahə mövcuddur. Ötən təsərrüfat ilində rayonda 6 745 hektar sahədə pambıq əkilib. Becərilmiş hər hektardan 27 sentner məhsul əldə edilib.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.