May ayının 6-da YAP Biləsuvar rayon təşkilatının tədbirlər planına uyğun olaraq Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə “Heydər Əliyevin Azərbaycançılıq idelogiyası və müasir Azərbaycan dövləti” mövzusunda rayonun nümumtəhsil müəssisələrinin müəllimləri arasında inşa yazı müsabiqəsi keçirildi.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayon təhsil sektorunun təşkilatı dəstəyi ilə keçirilən müsabiqədə 20 nəfər müəllim iştirak etdi.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, Ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Azərbaycan Ulu Öndərin yaratdığı möhkəm təməl üzərində uğurla inkişaf edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tarixi Zəfərə imza atıb. Çxışının sonunda K.Qurbanlı iştirakçılara uğurlar arzuladı.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayon təhsil sektorunun müdiri Anar Xammədov iştirakçıları salmalayaraq Ulu öndərin anadan olmasının 101-ci ildönümü münasibəti ilə təşkil olunan tədbirlərin əhəmiyyəti barədə danışaraq iştirakçılara uğurlar arzuladı.
İnşa yazı müsabiqəsində 20 müəllim öz bilik və bacarığını nümayiş etdirdi. Yazı işləri təcrübəli münsiflər heyəti tərəfindən yoxlandıqdan sonra müsabiqə qalibləri YAP Biləsuvar rayon təşkilatı tərəfindən təltif olunacaq və hədiyyələrlə mükafatlandırılacaqlar.