» » Biləsuvar rayonunda kənd təsərrüfatı texnikası istifadəçilərinə səyyar xidmət göstərildi


Biləsuvar rayonunda kənd təsərrüfatı texnikası istifadəçilərinə səyyar xidmət göstərildi


Aqrar Xidmətlər Agentliyi tərəfindən Biləsuvar rayonun Aşağı Çürəli kəndinin Bələdiyyə binasında texnika istifadəçilərinə səyyar xidmət göstərilib. 

"BİLESUVARİNFO" xəbər verir ki, Aqrar Xidmətlər Agentliyi tərəfindən yaradılmış Salyan rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki Nəzarət Sektorunun “Səyyar xidmət” qrupu müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilmişdir. Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun, həmçinin texnika istifadəçilərinin  rahatlığının yerlərdə  təmin olunmasına nail olmaqdır.

Biləsuvar rayonun Aşağı Çürəli kəndində keçirilən tədbir zamanı qısa müddət ərzində  rayonun şəhər və kəndlərindən müraciət etmiş texnika sahiblərinə məxsus 20 ədəd kənd təsərrüfatı texnikası ilkin və təkrar dövlət qeydiyyatına alınmışdır, 27 ədəd kənd təsərrüfatı texnikası dövlət texniki baxışından keçmişdir və 11 ədəd etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün traktorçu-maşinist sürücülük vəsiqələri dəyişdirilmiş .

Tədbir çərçivəsində texnika istifadəçiləri texnikaların dövlət qeydiyyatına  və texniki baxışa təqdim etmə qaydaları, eləcə də dövlət rüsumları ilə bağlı maarifləndirilib və bukletlər paylanılıb.

Aqrar Xidmətlər Agentliyi tərəfindən yaradılmış “Səyyar Xidmət” qrupu tərəfindən bölgələrdə tədbirlərin keçirlməsi davam etdirilir.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR