Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda avtomobil aşdı, xəsarət alanlar var


Biləsuvarda avtomobil aşdı, xəsarət alanlar var

06 aprel 2024, Şənbə
360
0
Biləsuvar rayonunda yol-nəqliyyat qəzası baş verib.

"Bilesuvarinfo"
xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmptəpə avtomobil yolunun rayonun  Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayonunun Sarxanlı kənd sakini 1992-ci il təvəllüdlü Əsədov Amil Ramiz oğlunun idarə etdiyi "Mercedess" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.  

Qəzada sürücü, sərnişini qismində olan  həmkəndliləri: 1996-cı il təvəllüdlü Nicat Telman oğlu Tarverdiyev və 1991- cı il təvəllüdlü  İsmayıllı Murad Zahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatırılıb. Onlar həkim müayinələrindən keçirilir, həyatı təhlükələri yoxdur.

Faktla bağlı  araşdırma aparılır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan