Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvara bu qarın sonuncu dəfə 1988-89-cu illlərdə yağdığı deyilir


Biləsuvara bu qarın sonuncu dəfə 1988-89-cu illlərdə yağdığı deyilir

15 yanvar 2024, Bazar ertəsi
570
0
Xəbər verdiyimiz kimi, 13-14 yanvar Biləsuvar rayonunda çovğunla müşahidə olunan güclü qar yağıb.

Rayon sakinlərinin "Bilesuvarinfo"ya verdikləri məlumata görə, sonuncu dəfə rayon ərazisinə belə qar 1988-89-cu illlərdə yağıb.

Son 24 il ərzində isə 2012-ci ildə rayon ərazisində güclü qar yağması müşahidə olunub. Həmin il qarın hündürlüyü Biləsuvar rayonunda 27 sm-ə çatıb. 

Bildirək ki, ötən gün Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd edilib ki,  Biləsuvar rayonu ərazisinə 45 sm hündürlüyündə qar düşüb.

Qeyd edək ki, güclü qar ötən gün rayon ərazisində  qismən yollarda nəqliyyatın hərəkətin çətinləşdirib. Həmçinin bəzi ərazilərdə elektrik enerjisi verlişində fasilələr yaranmışdı.

Hazırda rayon ərazisində yağıntılar dayanıb və havanın temperaturu 0 dərəcəyə düşüb.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan