» » YAP Biləsuvar rayon təşkilatı partiya fəalları ilə növbəti görüşünü keçirdi


YAP Biləsuvar rayon təşkilatı partiya fəalları ilə növbəti görüşünü keçirdi





Noyabr ayının 24-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı rayonun Xırmandalı kəndində partiya fəalları və sakinlər ilə görüş keçirmişdir. 

Açıq hava şəraitində baş tutan görüşdə YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı hal-hazırda ölkəmizdə və dünyada baş verən hadisə və proseslər barədə ətraflı məlumat verdi. Azərbaycan xalqının və dövlətinin əldə etdiyi nailiyyətlər, Respublikamızın Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin  diplomatik səyləri və yüksək idarəçilik qabiliyətinin sayəsində hər günün bir möhtəşəm tarixə çevrildiyini qeyd etdi. Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfər və suveren hüquqlarımızın bərpa edilməsi ilə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, həm də ən ali məqsədini reallaşdırmış olduğunu bildirdi. 

Çıxışında təşkilat sədri rayonda mövcud ictimai-siyasi vəziyyət və vətəndaş olaraq hər bir kəsin qarşısında duran vəzifələrdən söz açdı. Görüşdə çıxış edən partiya fəalları öz fikir və mülahizələrini, eləcədə təkliflərini səsləndirdilər.  Maraqlı diskussiya şəraitində keçən görüşün vaxtaşırı olaraq keçirilməsi təklifi iştirakçılar tərəfindən müsbət qarşılandı.

Biləsuvar rayonunda və Xırmandalı kəndində görülmüş işlər, həlli vacib olan bir sıra məsələlərlə bağlı fikir mübadiləsi də aparıldı. YAP Rayon təşkilatının sədri görüş iştirakçılarının suallarını cavablandırıb, onları maraqlandıran məsələlərə münasibətini bildirdi. 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR