Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » “Bu şəhərdə”nin komandası Biləsuvarda bu evlərdə olacaq


“Bu şəhərdə”nin komandası Biləsuvarda bu evlərdə olacaq

14 noyabr 2023, Çərşənbə axşamı
619
0
Bu şəhərdə” teatrı tərəfindən Biləsuvar rayonunda  konsert-tamaşası nümayiş olunub. 

"Regionpress az
" xəbər verir ki,  teatr komandası tərəfindən “Final var” adlı konsert-tamaşa Biləsuvar şəhər Gənclər Mərkəzində nümayiş olundu. 

Tamaşada Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və  “Final” qida məhsullarının alışı zamanı biletlər əldə etmiş rayon sakinləri iştirak edib. Konserti canlı olaraq hər kəsin izləməsi üçün  açıq havada geniş manitor  quraşdırılıb.

Tamaşadan sonra  aktyorlarla görüşən icra başçısı Faiq Qürbətov "Bu şəhərdə”nin kollektivinə öz minnətdarlığını bildirərək, onlara xatirə hədiyyəsi təqdim edib.

Sonda konserti izləməyə gələn tamaşaçıların “Final” yağı olan satış qəbzlərinin arasından təsadüfi 5 nəfər müəyyənləşib və sabah (15 noyabırda-red.) teatrın kollektivi qaliblərin evində olaraq hədiyyələrini təqdim edəcək.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan