Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə antinarkotik təbliğatı çərçivəsində növbəti tədbir təşkil olunub


Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə antinarkotik təbliğatı çərçivəsində növbəti tədbir təşkil olunub

20 oktyabr 2023, Cümə
389
0
Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə antinarkotik təbliğatı çərçivəsində növbəti tədbir Zəhmətabad kənd tam orta məktəbində təşkil olunub.

"Bilesuvarinfo"
xəbər verir ki, "Narkomaniya ümumbəşəri bəladır!" devizi altında keçirilən tədbirdə çıxış edən Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki Nəsib Məmmədov bildirib ki, narkomaniyanın yayılması gələcək nəslin sağlam həyat tərzi üçün böyük təhlükə törədir. Buna görə də narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Bu gün ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur. Şöbə rəisi qeyd edib ki, sözügedən problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Burada əsas məqsəd yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmasına nail olmaqdır.

Sonra məktəblilərin müzakirə olunan mövzu ətrafında sualları cavablanıdırılıb.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan