» » Şərqi Zəngəzurlu yazarlar Biləsuvarda olub


Şərqi Zəngəzurlu yazarlar Biləsuvarda olub

Azərbaycan Yazıçılar Birliyinin Şərqi Zəngəzur bölməsinin rəhbəri Namiq Məna, birliyin üzvləri Elbrus Qayalı, Seyyid Xanlar və bir qrup iş adamıları Biləsuvarda olub. Qonaqlar bir çox ünvanlarda şəhid ailələri ilə görüşüb. 

"Bilesuvarinfo" xəbər verir ki, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlının da iştirak etdiyi tədbirlər əvvəlcə Milli Qəhrəman Mübariz İbrahimovun ata yurdunu ziyarətlə başladı. Milli Qəhrəmanın atası Ağakərim İbrahimovun iştirakı ilə Yazıçılar Birliyinin üzvü Elbrus Qayalının "Ana harayı"  kitabının təqdimatı oldu.

Biləsuvar rayonu Zəhmətabad kəndində Şəhid Elməddin Sübhi oğlu Əlizadənin ata yurdu da qonaqlar tərəfindən ziyarət olundu. Şəhidin ömür yolu, Biləsuvarlı şəhid və qazilərin şücaətindən söhbət açılan görüşdə dövlətimizin, Ali Baş Komandanın şəhid ailələrinə, qazi və veteranlara göstərdiyi diqqət və qayğıdan danışıldı. 

Şəhid atası Sübhü Əliyev ziyarətə görə  qonaqlara öz təşəkkürünü ifadə etdi.

Rayonun Əsgərabad kəndində Seyyid Mirsultan ağa Ziyarətgahında qonaq olan nümayəndələr dini dəyərlərimiz və bu dəyərlərin qorunması  istiqamətdə həyata keçirilən dövlət siyasətindən danışdılar.

Qonaqlar göstərilən diqqətə və qonaqpərvərliyə görə öz minnətdarlıqlarını bildirdilər.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR