- 9 noyabr, 21:07
- 710 dəfə oxunub
- 0
Qələbə günü şəhid olan Elməddin Əlizadə anıldı
"Bilesuvarinfo" xəbər verir ki, 44 günlük haqq savaşımızda Şuşayadək döyüşərək, şəhadətə qovuşan biləsuvarlı qəhrəmanımız anım günündə yadd olunub. Bu gün - Zəfər Günü ərəfəsində Elməddinin ailəsi, rayon sakinləri tərəfindən ziyarət olunub. Vətənsevər şəhidimizin məzarını ziyarət ediblər.
Elməddinsiz keçən bu iki il nə qədər kədərli olsa da, doğmaları bir o qədər də qürurludur. Çünki Elməddin Vətən uğrunda şəhadəti ilə həm də öz istəyinə, arzusuna qovuşub.
Biləsuvarın Zəhmətabad kəndində dünyaya göz açan 23 yaşlı şəhid qəhrəmanımız Elməddin Əlizadə, hələ yeniyetmə yaşlarından idmana maraqlı olub. 2015-2016-cı illərdə Goranboyun Tap-Qaraqoyunlu kəndində həqiqi hərbi xidmətdə olarkən, Elməddin, Aprel döyüşlərində Milli Qəhrəman general-mayor Polad Həşimovun rəhbərliyi ilə ugurlu döyüş əməliyyatlarının da iştirakçısı olub. 2020-ci ilin 27 sentyabrından Vətən müharibəsi başlayanda könüllü olaraq o, da yerli səfərbərlik xidmətinə müraciət edir. Nəhayət, oktyabr ayının 1-dən cəbhəyə yollanır. Elməddin 40 gün boyunca, Ağdam, Fizuli, Xocavənd və azad olduğunu bildikdən sonra qoynunda şəhadətə qovuşduğu Şuşa uğrunda xüsusi rəşadət göstərib.
İlk gündən qələbə əzmi ilə döyüşlərə atılan kəşfiyyatçı əsgər qrup yoldaşları ilə birgə həmlə zamanı onlarla düşmən pusqusunu məhv edib. Atası Sübhü Əliyev deyir ki, Elməddinlə çiyin-çiyinə döyüşən dostları onun döyüş rəşadətindən danışdıqca , fəxr edirəm ki, belə qəhrəmanın atasıyam.
23 yaşında gənc ömrünü Vətən sevgisinə qurban verir, öz şəhadəti ilə. Doğulduğu Zəhmətabad kənd qəbristanlığında dəfn olunan Elməddin Əlizadə Prezident sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Qəhrəmanımızın doğma kəndlərindəki yaşadığı küçə də Zəfər günü ərəfəsində onun adına verilib.