» » Biləsuvar rayonunun 93 yaşı tamam olur


Biləsuvar rayonunun 93 yaşı tamam olur


Bu gün Biləsuvar rayonunun təşkil edilməsindən 93 il ötür.

"Bilesuvarinfo"
xəbər verir ki, mənbələrdə şəhər kimi X əsrdə salındığı deyilsə də, tunc dövrünə aid Yeddi təpə (Bəydili) və Qoşa təpə kurqanları (Təzəkənd)  burada daha qədimdən yaşayış məskənlərinin olmasını göstərir. Biləsuvar XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayana qədər böyük ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi tanınmışdır. 

Şəhər 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüş, 1914-cü ildə Rusiya imperiyasının sərhəd siyasəti çərçivəsində əraziyə ruslar köçürülmüş, yeni mərkəz kimi Puşkin qəsəbəsi salınmışdır. 

8 avqust 1930-cu ildə Puşkin qəsəbəsi mərkəz olmaqla Biləsuvar rayonu təşkil edilmiş, 8 il sonra, 1938-ci ildə adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 

1963-cü ildə Cəlilabad ilə birləşdirilsə də, 1 il sonra yenidən müstəqil rayon olmuş, 7 fevral 1991-ci ildən tarixi ədalət bərpa olunaraq yenidən Biləsuvar adlandırılmışdır. Bu gün 105 min əhalisi olan, 26 kənd və 1 şəhərdən ibarət Biləsuvar Azərbaycanın aqrar mərkəzlərindən biri, böyük pambıqçılıq rayonudur. 

Biləsuvar özünün 204 şəhidi, 161 nəfər müharibə əlili və neçə-neçə müharibə iştirakçısı və zabiti ilə həm də Azərbaycanın qəhrəmanlıq paytaxtı, Mübarizlər yurdu sayılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR