» » Türkmənçay “sülhü”ndən 195 il ötür


Türkmənçay “sülhü”ndən 195 il ötür

     
195 il əvvəl,1828-ci il fevral ayının 10-da Çar Rusiyası ilə Qacarlar arasındakı müharibənin nəticəsi olaraq Azərbaycan ikinci dəfə  parçalanmaya məruz qaldı. Əzəli  bəlamız olan mənəm-mənəmliyin doğurduğu feodal pərakəndəliyi, özlərini “Xan” adlandıran feodallar “şimal ayısı” ilə “cənub çaqqalı” arasında çarəsiz qalan ölkəni onilliklər ərzində əzablarından qurtula bilmədiyimiz yaraları ilə birgə xalqımıza “miras”  qoydular. “Gülüstan sülhü”ndən başlayan  parçalanma  
“Türkmənçay”la yekunlaşaraq Azərbaycan adlı coqğrafiya iki yerə parçalandı.

 Bu dəfə “təmas xətti” 200 yüz ildir ağılarla oxşadığımız Araz çayı oldu. Arazın şimalı rusa, cənubu farsa  qismət oldu.Təbriz  yaxınlığındakı  Türkmənçay  kəndində, Qacarların təmsilçisi Abbas Mirzə ilə rus generalı İvan Paskeviç 
arasında imzalanmış müqaviləyə əsasən  “Gülüstan” sülhündən fərqli olaraq bu dəfə  Naxçıvanda, İrəvanda, Respublikamızın cənub  bölgəsidə,  hazırda Türkiyə Respublikasının ərazisi olan İqdırda “şimal ayısı” nın payına düşdü. 16 maddədən ibarət olan “sülh”  razılaşması təkcə  ərazi bölgüsünün deyil, ruslara təzminat ödəmək, Xəzər dənizindəyalnız Rus  donanmasının mövcudluğunu  tanımaq kimi öhdəlikləri Qacarların üzərinə qoyurdu. Müqavilənin 15-ci bəndinə əsasən Cənubi Azərbaycan ərazisindəki əhalinin bir il  ərzində Rusiyaya keçə bilməsi üçün maneə olmayacağı müəyyən edilirdi. Məhz bu bənd erməniləırin  İran ərazisindən  Cənubi Qafqaza və xüsusilədə İrəvana və Qarabağa kütləvi köçürülmələrinə  imkan yaratdı. Ötən əsrin əvvəllərində İrəvanı özlərinə “paytaxt” edə bilən ermənilərin iddiaları bununla  bitmədi.

Qonşu Türkiyəyə, Gürcüstana torpaq iddiası olan ermənilər bu iddiaların
 reallaşdıra bilməsələrdə İrəvanı, Şərqi  Zəngəzuru qəsb etdikdən sonra növbəti hədəfləri Qarabağ oldu. Lakin bu dəfə niyyətlərinə çata bilmədilər. Çünki 2 əsr boyu himayəsinə  sığındığı rus və fars “oyundankənar” vəziyyətdə idilər. Ötən 2 əsr ərzində məhz rusların və farsların türk birliyi qorxusu qurbanlıq quzu olan ermənilərin  arzusunu ürəyində qoydu. İndiki zamanda, siyasət  meyarlarda, siyasi mübarizə alətləridə  dəyişib.

“Türkmənçay”dan ötən müddət  ərzində şimalı Azərbaycan bir əsrdə iki dəfə öz müstəqilliyinə qovuşub. Artıq fəxrlə deyə bilərik ki,  Respublikamız  bütün dünya azərbaycanlılarının müqəddəs
istinad yeridir. Məhz Azərbaycan 
Respublikası gücləndikcə tarixi  buzlar əriyir. Cənubi Azərbaycanı hələ də əsarətdə saxlayan fars-molla rejmi bilməlidir ki, oradakı soydaşlarımızında ötən əsrin 40-cı illərində  Cənub Azərbaycan Respublikası adlı dövlət qurmuşdular. Beynəlxalq güclərin, xüsusən ingilislərin təzyiqi və təqibləri, Stalinin
 “xeyir-duası” ilə süqut edən Cənubi Azərbaycan Respublikası  gec ya tez bir daha  intişar edəcəkdir. Farsların, Mollakratiyanın  sərsəm ideologiyasının qurbanı olan millətlər bir gün qollarından zəncirləri qırıb atacaq və bu “xalqlar həbsxanası” sivil dünyaya
 inteqrasiya olunacaqdır. Ərazisində  məskun olan xalqların nə dilini, nə milli  kimliyini tanımaq istəməyən molla rejmi müqəddəs islam dinini əlində bayraq etməklə çox uzağa gedə bilməz. Guya islam carçısı olan, lakin Quranın öyrənilməsi və mənimsənilmə-
sinin dilinin məhz ərəb dili olmalı olduğunu təbliğ edən molla hakimiyyəti heç İranda yaşayan ərəblərin özlərinə belə dil hüququ tanımır.

Millətləri coğrafiyalarla bölməyə vərdiş etmiş bu mənfur rejimin bu günlərdə Xoy şəhərində baş vermiş zəlzələnin  nəticələrini aradan qaldırmağa cəhd etməməsi, zəlzələdən zərər çəkmiş insanlara yardım etmək istəyənlərin köməyindən imtina etməsi ilə, ərazidə  min ildir yaşayan türklərin Xoydan köçmələrində, didərgin düşmələrində  maraqlıdır. Çünki Tehran rejimi ərazi Türkiyə ilə sərhəddir və Türkiyə sərhədləri ilə ölkənin içərilərinə  uzanan türk yurdları arasında qeyri millətlərin yerləşdirilməsində (ermənivə kürdlərin) maraqlıdırlar.

Tehrandakı səfirliyimizdə törədilən terror hadisəsi də tarixi fars xislətinin nümunəsidir.1000 illərdir terroru daxili və xarici fəaliyyətinin alətinə çevirmiş farslar və farsbaşlar  Makidoniyalı isgəndərin atası  II Filipi, hökmdarları olan Daranı, Astiaqı, Şah Qacarı və daha  neçə tarixi  şəxsiyyəti  məhz terrorla “zərərsizləşdiriblər”. Odur ki,  səfirliyimizdəki terror fars-molla 
rejimininmahiyyətindən qaynaqlanır.
Dahi Nizami  Gəncəvinin təbirincə desək: -
 “Əqrəbin  sancması deyil ədavət,
 Çünki  onun, zatında var belə bir adət.”

Lakin zaman öz işin  görür. 195 il əvvəl bizi  ikiyə bölən “Türkmənçay sülhü”nün nəticələri,  məhz Türkün dünyaya bəxş edəcəyi SÜLHlə   aradan  qalxacaqdır. O sülh  uzaqda deyil.  Güneyli Qüzeyli bütöv Azərbaycan amalı  gec ya tez gerçək olacaqdır. 

Kamil Qurbanlı,
Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR