Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Ata və oğlu ağır qəzada xəsarət aldı


Ata və oğlu ağır qəzada xəsarət aldı

29 iyul 2023, Şənbə
1 734
0
Biləsuvarda yol-nəqliyyatı hadisəsi baş verib. 

"Bİlesuvarnfo" xəbər verir ki, hadisə  Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda baş verib. 

Belə ki, Biləsuvar rayonunun Nəsimikənd kəndində, həmin rayonun İsmətli kənd sakini Kənan Cəbrayılov idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə motosikleti vurub.

Qəzada motosikletin sürücüsü-rayonun Nərimankənd kəndinin sakini Quluyev Sərxoş Balaqardaş oğlu (1969) ağır xəsarətlərlə Biləsuvar RMX - na çatdırılıb. Sərnişini, oğlu Quluzadə Rəsul  (2007) yüngül bədən xəsarətləri alıb. 

Qeyd edək ki, qəzada xəsarət alan  olan ata və oğlu təsərrüfat işləri ilə məşğuldurlar. Bazara heyvan satmağa gedirmişlər. 

Faktla bağlı Biləsuvar RPŞ - də araşdırma aparılır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan