Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Baş prokuror Biləsuvarda vətəndaşları qəbul edəcək


Baş prokuror Biləsuvarda vətəndaşları qəbul edəcək

13 iyul 2023, Cümə axşamı
593
0

Baş prokuror Kamran Əliyev iyulun 18-i saat 10:00-da Biləsuvar Rayon Prokurorluğunun inzibati binasında Biləsuvar, Cəlilabad və Neftçala rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə "Bilesuvarinfo"ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Biləsuvar rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

"Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, tviter) vasitəsilə də qəbula yazıla bilərlər", - məlumatda qeyd edilib.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan