Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Qədir -Xum bayramı münasibətilə ehsan süfrəsi təşkil edilib


Qədir -Xum bayramı münasibətilə ehsan süfrəsi təşkil edilib

07 iyul 2023, Cümə
974
0
Qədir - Xum münasibətilə Biləsuvar rayonunda şəhid ailə üzvlərinin və dini ayinlərin icraçılarının iştirakı ilə görüş keçirilib.

"Bİlesuvarinfo" xəbər verir ki, görüş Biləsuvar şəhər Cümə Məscidində məscidin imamı Hacı Əlifağa Murtuzovun təşəbbüsü ilə keçirilib. Rayonun çoxsaylı şəhid ailə üzvlərinin və dini ayinlərin icraçılarının iştirak ilə məsciddə camaat namazı qılınıb, bol- bol dualar edilib. Daha sonra ehsan süfrəsi verilib.

Məscidin imamı Hacı Əlifağa Murtuzov qeyd edib ki, bu gün Qədir-Xum bayramıdır: "Vilayət, yəni özünəqayıdış bayramı. Qəlblərə qəlb dilində səslənən, qəlbləri fəth edən övliyaların bayramı. Allah bu bayramı hamımıza mübarək etsin və vilayətə olan bağlılığımızı artırsın, dövlətimizi həmişə dövlətlər arasında uca qərar versin, rəhbərimizi qorusun!."

Bayramınız mübarək!", - deyə Hacı bütün müsəlmanları, şəhid valideynlərini təbrik edib.

Qeyd edək ki, bu il Qədir-Xum bayramı iyulun 6-na təsadüf edib.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan