- 12 aprel, 22:08
- 541 dəfə oxunub
- 0
101 yaşlı qadının da yaşadığı bu ev təhlükə altındadır
Bu haqda “Bilesuvarinfo”ya danışan Bəydili kənd sakini, 63 yaşlı Bacıxanım Xanoğlan qızı Xankişiyeva əlavə edir ki, başsız ailəyəm, xəstə bacımı və həyat yoldaşı Böyük Vətən Müharibəsi iştirkçısı, yataq xəsətəsi olan 101 yaşlı anamı saxlayıram. Onlara özüm qulluq göstərməyimə baxmayaraq, heç bir müavinət də ala bilmirəm, qayğılarımızla maraqlanan yoxdur. Mənim bu müraciətim həyətimizdən keçən yüksək gərginlik elektrik xəttinin təhlükə mənbəyi olmasıdır. Kənd İcra nümayəndəliyi, bələdiyyəsi bu məsələdən məlumatlı olsa da, heç kəs bu problemin həllinə nail olmaq istəmir. İşıq idarəsinə nə qədər məlumat vermək olar?.
Bacıxanım Xankiyevanın səsləndirdiyi çətinliklə bağlı öncə Bəydili Kənd Ərazi İnzibati vahidi üzrə icra nümayəndəsi Adil Cəfərovla əlaqə saxladıq. O, 10 kilovatlıq daşıyıcı elektrik xəttinin sözügedən ərazidə sallaq olmasını təsdiqlədi: “ Daha çiddi təhlükə başqa kənd sakininin həyətindədir, hətta birgün küləkli havada sallaq naqil evin tüstü bacasına da toxunub. Tərəfimizdən problemin ciddiliyi Biləsuvar Elektrik Şəbəsi məlumatlandırılıb, mütəxəssisləri gələrək, əraziyə baxış keçirib, xəttin yerinin dəyişdiriləcəyi deyilib.
Bəydili bələdiyyəsinin sədri İlqar Kərimov da elektrik xəttinin təhlükə doğurduğunu, aidiyyatı üzrə məlumatlandırıldığını, şəbəkə tərəfindən problemin həllinin yubadıldığını təsdiqlədi. Xankişiyevlar ailəsinin qayğıları ilə bağlı bələdiyyə sədri bildrdi ki, mən bu ailəni daimi diqqətdə saxlamışam, yardımlar etmişik, hazırda bələdiyyənin vəziyyəti çətin durmdadır, şərait yaxşılaşarsa əlavə köməkliklər edəcəyik.
P.S: Bu işdə əsas söz sahibi - Biləsuvar Elektirik Şəbəkəsinə , şəbəkə rəisi Rəfael müəllimin ünvanına müraciət də etdik. Ondan Bəydili kədində sakinlərin rastlaşdığı təhlükəyə münasibəti öyrənməyə çalışacağıq, açıqlama verərlərsə, dərç etməyə hazırıq.