» » Çiçəklənən Biləsuvar


Çiçəklənən Biləsuvar

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işləri sayəsində kənd, qəsəbə, şəhər və rayonların siması sürətlə dəyişir. Bu dəyişikliklər insanların həyat şəratinin yaxşılaşmasına, onları daha uğurlu gələcəyə aparır.

Bunları “Bilesuvarinfo”ya ünvanladığı məktubunda yazan şair - jurnalist Fuad Biləsuvarlı qeyd edir ki, bayramla əlaqədar rayonumuzda olarkən, yeni çil - çıraqlı möhtəşəm, yaraşıqlı görkəminə çox sevindim: “Biləsuvar şəhərində aparılan tikinti, sürətli abadlıq və quruculuq işləri onu söyləməyə əsas verir ki, qısa zaman kəsiyində rayon mərkəzi tamamilə müasir görkəmi ilə seçiləcək. Dostlarla mərkəzi parkda istirahətə gedərkən, parkın yenidən qurulmasının şahidi olduq. Zövqlə bəzədilməsi, al - əlvan güllərin, çiçəklərin əkilməsi, işıq dirəklərinin dəyişilməsi çox ürək açan, xoş mənzərə idi. 

Elə bu arada sakinlərlə rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətov arasında səmimi söhbətə şahid oluram. Onu da öyrənirəm ki, Faiq müəllim rayonumuzun inkişafı naminə əlindən nə gəlirsə əsirgəmir. Biləsuvar şəhərində mərkəzi küçələrində yolun işıqlandırılması tam bərpa olunub, artıq rayonun kəndləri də bu iş qoşulub. Kanilizasiya çəkilişi işlərindən sonra əksəriyyəti bərbad saxlanılan küçə yollarına qum - çınqıl örtüyü qoyulub,  asfalt örtüyünün qoyulması davamlı olaraq bütün küçələrdə olacaq.

... Parkdan evə qayıtmaq zamanıdır. Dostlara təklif edirəm avtovağzaladək olan 1 kilometirlik məsafəni ayaqla gedək, bu istəyim prospektdə olan mənzərəni yaxından seyr etmək üçün idi. Azərin “Getməyinə bir söz demirəm, gedək, piyada səkisi yoxdur, maşın yolu ilə getməyəcəyik ki, axşamın bu vaxtı” deməsinə qərarıma dəyişiklik edəsi oldu. Dayancağa doğru səmt alırıq, bu arada ətrafdan fərqli mənzərənin şahidi oluruq. Sən demə dostlar da bundan xəbərsiz imiş, bir vaxtlar çəkilən “çölü bəzək” hasarların  arxasında keçilməz qalan piyada səkiləri tam olaraq yenidən qurulub.  Üz alırıq yeni mənzərə axtarışına.. .  

Bu rahatlığı bizə bəxş etdiyi üçün Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq müəllimə minnətdarıq."

https://youtu.be/9UdrbohT8pQ
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan