- 6 mart, 23:01
- 611 dəfə oxunub
- 0
Faiq Qürbətov üçəmlərin ailəsi ilə görüşdü
"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar şəhərində dünyaya gələn üçəmlərin ailəsinə baş çəkən rayon rəhbərliyi ailənin qayğıları ilə maraqlanıb.Başçı Allahın bu gözəl hədiyyəsi olan üçəmlərin dünyaya gəlməsi münasibətilə ailəni təbrik edərək, xoş arzularını çatdırıb.
Görüşdə ailəyə körpələrin hədiyyələri və maddi yardım təqdim olunub.
Qeyd edək ki, körpələri Biləsuvar şəhər sakini sakini Aytən Sərraf qızı Quluyeva dünyaya gətirib. Doğulan uşaqların hər üçü qızdır. Ailə başcısı Arif Hüseyn oğlu Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında çalışır. Onun bir qız və bir oğul övadı da var.