Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov rayonda yaşayan ailədə doğulan üçəmlərin ailəsinə baş çəkib. "Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar şəhərində dünyaya gələn üçəmlərin ailəsinə baş çəkən rayon rəhbərliyi ailənin qayğıları ilə maraqlanıb.Başçı Allahın bu gözəl hədiyyəsi olan üçəmlərin dünyaya gəlməsi münasibətilə ailəni təbrik edərək, xoş arzularını çatdırıb.
Görüşdə ailəyə körpələrin hədiyyələri və maddi yardım təqdim olunub.
Qeyd edək ki, körpələri Biləsuvar şəhər sakini sakini
Aytən Sərraf qızı Quluyeva dünyaya gətirib. Doğulan uşaqların hər üçü qızdır. Ailə başcısı
Arif Hüseyn oğlu Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında çalışır. Onun bir qız və bir oğul övadı da var.

