Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Suvarma suyuna görə ödəniş nağdsız aparılacaq


Suvarma suyuna görə ödəniş nağdsız aparılacaq

24 yanvar 2023, Çərşənbə axşamı
1 884
0
Biləsuvar Rayon İcra Hakimiyyətində əkin sahələrinin suvarma suyunun dəyərinin yeni qaydada ödənilməsi müzakirə olunub.

"Bilesuvarinfo" xəbər verir ki, bu məqsədlə keçirilən müşavirədə "Sudan İstifadə edənlər" birliklərinin fəaliyyətinə nəzər yetirilərək, bu sahədə nağdsız hesablaşma qaydasına keçilməsi qərara alınıb. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov birlik əməkdaşlarının vətəndaşlara verdikləri suya görə haqqının nağdsız qaydada yığılması barədə təkliflərini verib.
Suvarma Sistemlər İdarəsinin rəisi Ədalət Babayev çıxışında  birliklərin görüyü işlər və problemləri barədə ətraflı məlumat verib. O, bildirib ki, hazırda birlik əməkdaşları ilə sudan istifadə edən vətəndaşlar arasında yaranan əsas problemlərdən biri istifadə olunan suyun ödənişlərinin gecikdirilməsi və ya ümumiyyətlə ödənilməməsidir. 

Müşavirıdə digər çıxış edənlər də bu sahədə yaranan çətinliklərin həlli yolları barədə öz fikirlərini bildirib. İnzibati ərazi dairələri üzrə icra nümayəndələrinə və sözügedən idarəinin bu işə cavabdeh  əməkdaşlarına tapşırıldı ki, bu sahədə aparılacaq işlərə yaxından köməklik göstərsinlər.
Qərara alınıb ki, vətəndaşlara əkin sahələrinin suvarılması zamanı istifadə etdiyi suyun məbləğinin ödənilməsi, birliyin əməkdaşlarına deyil, birbaşa onlara verilən ödəniş qəbzləri vasitəsilə hesaba ödənilməlidir. Bununla da vətəndaşla birlik əməkdaşı arasında yaranan problemlər aradan qaldırılar - deyə bildirilib.

Müşavirədə  inzibati ərazi dairələri üzrə icra nümayəndələri və sudan istifadə edənlər birliklərinin əməkdaşları iştirakı ilə rayonda suvarmanın vəziyyəti də müzakirə olunub.
Müzakirə edin

Həmçinin oxuyun:

Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan