- 21 avqust, 10:12
- 591 dəfə oxunub
- 0
Bu kənddə 2500 ağac susuzluqdan yanır - Foto
“Bilesuvarinfo”ya bu iddia ilə müraciət edən Ağayrı kənd tam orta məktəbinin direktoru Fərhad Əhmədlidir. O, bildirmişdir ki, məktəbimizin həyətində Vətən Müharibəsi şəhidlərinə ehtiram olaraq 2000 ağaç əkmişik. 2021 – ci ildə keçirilən ağacəkmə kompaniyasında rayon ictimaiyyətinin nümayəndələri də yaxında iştirak edib, bizə diqqətini əsirgəməmişlər. Məktəbimizin kollektivi, şagirdlərimiz min bir həvəslə bu ağacların xidmətində durmuşlar. Ancaq suvarma mövsümü gələndə nə edəcəyimizi düşünürük. Ötən mövsüm, su catımamazlığı səbəbindən ağacların 500 ədədi yandı. Bu il yenidən bu ərazidə 1000 ədəd ağac əkimişik.
Bəli, bilirik ki, su qıtlığı var, anacaq bu gün ağaclarımız susundan yanmaq həddinə çatması, suyun qıtılığı yox, bu işə ərazilərdə (kəndimizdə) cavabdeh olan şəxslərin elinə olan təəssübkeş münasibətinin “qıtlığıdır”. Necə olar ki, bir kəndin su mirabı öz kəndində ağacların yanmasına seyrici qala.. . Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət müəllimin də qəbulunda oldum, bu gün, sabah ağaclar suvarılmasa, yanacağını bildirdim. O, isə deyir ki, əkin sahələrinin suvarılması yekunlaşsın, sonra ağaclaq suvarılar.
Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsindən, Ağayrı kəndində ağacların susundan yanmasına "Bilesuvarinfo"nun sorğusuna münasibət bildirilib. İdarədən bildirilmişdir ki, bağın suvarılması idarənin öhdəliyində olan məsələ deyil. Ancaq, hazırda torpaq mülkiyyətçilərinin əkin sahələrinin suvarılmasına yaranan ciddi ehtiyac var və növbəlik əsasında suvarma həyata keçirildiyindən, növbəliyin pozularaq bağa suyun ayrılması torpaq sahiblərinin haqlı narazılığına da səbəb olur.
Digər baxımdan, həmin ərazidə ağacların suvarılması üçün əlavə imkan da var. Belə ki, bağın salındığı, bələdiyyə mülkiyyətində olan bu ərazi mərkəzi kanalın 10 metirliyində yerləşir, kanaldan suyu nasosla vurub ağacların suvarılması mümkündür. Hazırkı şəraitdə bələdiyyənin imkanları daxilində problem müsbət həllini tapa bilər. Necə ki, Biləsuvar şəhərində mərkəzi parkda ağacların suvarılması mümkün olur.